Send your vacancy
Title : Tibbi işlər üzrə menecer (xanım)
Employer : Profderma
Published : 05.04.2021
Deadline : 05.05.2021
WebSite : There is no website
Logo : There is no logo
Content:

“Profderma “ şirkəti

Vəzifə: Tibbi işlər üzrə menecer (Xanım)

Namizədə olan tələblər:

- Satış işlərinə nəzarət. Müştərilərlə işin təşkili, gündəlik klinikalara baş çəkmək və məhsulları tanıtmaq. Qarşıya qoyulan tapşırıqların vaxtı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi. Məhsul bazarının, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi.
- İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur;
- Təhsili/ixtisası: Ali təhsil (tibb və ya əczaçılıq təhsili olanlara üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilməlidir, ingilis dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office;
- Fərdi keyfiyyət tələbləri: idarəetmə bacarığı, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
- Vəzifə üçün sürücü nəzərdə tutulub
- Maaş: ilkin təklif olunan aylıq maaş - 850 AZN;
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00; 13:00-dan- 14:00-dək nahar
- Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini office@profderma.az , mövzu hissəsində “Tibbi işlər üzrə menecer” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur