Send your vacancy
Title : Önləyici və Dövri Mexaniki Təmir üzrə İnspektor
Employer : Norm OJSC
Published : 08.04.2021
Deadline : 08.05.2021
WebSite : There is no website
Logo : There is no logo
Content:

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

Hazırda şirkətimizə Önləyici və Dövri Mexaniki Təmir üzrə İnspektor vəzifəsinə namizəd axtarılır.

Tələblər:

• Mexanika mühəndisliyi üzrə ali təhsil
• MS office və SAP proqramlarından istifadə bacarığı:
• Excel programından yüksək səviyyədə istifadə bacarığına sahib olanlara üstünlük verilir
• İnglis dilinin elementar səviyyədə biliyi
• Əlaqədar sahədə 1 il iş təcrübəsi

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması.
• Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi.
• Ərazidə yerinə yetirilən təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barəsinə məlumat vermək.
• Avadanlıqlarda aşınma ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
• Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək
• Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək.
• Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
• Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi.
• Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin yerinə yetirilməsi. Təmir və qəza planlarının hazırlanması.

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Son Müraciət Tarixi: 21.04.2021