Send your vacancy
Title : Mexanik (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)
Employer : AzerGold CJSC
Published : 25.04.2021
Deadline : 25.05.2021
WebSite : https://azergold.az/
Logo : There is no logo
Content:

Şirkət haqqında:

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Vakansiyanın adı: Mexanik (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına daim nəzarət edilməsində iştirak etmək;
• Avadanlıqların təmir qrafiklərinin tutulması, vaxtında və keyfiyyətlə təmir işlərinin aparılmasını, yeni gəlmiş avadanlıqların quraşdırılmasının təmin edilməsində iştirak etmək;
• Hasilat sahəsini daim monitorinq edilməsində iştirak etmək, aşkarlanan nasazlıqlar, onların həlli və lazım gəldikdə profilaktik tədbirlər barədə aidiyyəti üzrə məlumat vermək;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərinin təşkil olunmasında iştirak etmək;
• Köhnəlmiş avadanlıqlar və obyektləri müəyyən edib onların təmirini növbələşdirilməsində iştirak etmək;
• Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Müvafiq qanunvericilik aktları və normalarını;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office,AutoCAD və PLC proqramlaşdırma;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali texniki təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər saytın karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq