Send your vacancy
Title : Dizayner
Employer : Embawood
Published : 07.04.2021
Deadline : 07.05.2021
WebSite : There is no website
Logo : There is no logo
Content:

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 25 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Dizayner

İş qrafiki :

İş yeri: 6 günlük / 10:00 – 19:00
Bakı, Azərbaycan

İşin təsviri :

• Yeni modellərin texniki cizgilərinin işlənməsi
• Müştərinin istəyinə uyğun mebelin ölçüsü, forması, rəngi və sayının dəqiqləşdirilməsi və satışın həyata keçirilməsi
• Xüsusi istək zamanı mebellərin renderlərinin hazırlanması(3D MAX)
• Qəliz, xüsusi sifarişlər zamanı istehsal prosesi ilə maraqlanmaq

Tələblər :

- Ali təhsil
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- MS Office, Autocard, 3dMAX , Vray proqramları biliyi
- Mebel dizayn biliyi
- Komandada işləmək bacarığı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Dizayner (Bakı,Mingəçevir)” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com